Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Baku Bus”da sərnişinlər etiraz ediblər

Bakı Beynəlxalq Avtovağzal Kompleksi - “Əhmədli” metrostansiyası ilə hərəkət edən 7A nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusda kondisionerin işləməməsi sərnişinlərin etirazına səbəb olub.

Bizimyol.info xəbər verir ki, “Bakubus”a məxsus avtobusda sürücü ilə sərnişin arasında baş verən mübahisə ilə bağlı Bakı Nəqliyyat Agentliyinin 141 qaynar xəttinə zəng edərək məlumat verilib.

Qaynar xətdən bildirilib ki, sürücü kondisoneri işə salmalıdır.

Sürücü Nadir Ələkbərov əvvəl kondisionerin işləməsinə icazənin verilmədiyini bildirsə də, sonra texniki problem səbəbindən kondisionerin işləmədiyini bildirib.

Qeyd edək ki, “Baku Bus” avtobusunda internet xidmətinin olduğu bildirilsə də, internet də işləmir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün Bakıda hava günəşli olub, havanın temperaturu Bakıda gündüz 30-32 dərəcə isti olub.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »