Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əli Həsənovun ailəsinə məxsus şirkətlərin vergi borcu var

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus şirkətlərin bir qisminin vergi borcu (ümumilikdə 208 min manat) var.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən şirkətlərin vergi borcları aşağıdakı kimidir (manatla):

1. “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC - 182 055,86

2. “Araz Teleradio” MMC - 17 459,54

3. “Kaspi Global” MMC - 8 562,63

4. “Beynəlxalq Mətbuat Mərkəzi” MMC - 1 337,40

5. “Golden Prince” MMC - 18,69

6. “Kaspi Education” MMC - 0,00

7. “Kaspi Co” MTK - 0,00

8. “Kaspi Mətbuat Yayımı” MMC - 0,00

9. “Kaspi” qəzeti redaksiyası - 0,00

10. “Kaspi-AZ” MMC - 0,00

11. “Kaspi-EC” MMC - 0,00

12. “Mətbuat Evi” MMC - 0,00

Cəmi: 208 096,72

“Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC istisna olmaqla qalan şirkətlər Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanında dövlət qeydiyyatına alınıb. Onlara əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Paşinyan Putini Yerevanda necə təhqir etdi
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »