Suriya Prezidenti Bəşər Əsədin əmisi Rüfət Əsəd Fransada həbs cəzasına məhkum edilib.
Publika.az xəbər verir ki, o, Suriyanın dövlət vəsaitlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham edilib.
Beləliklə, Paris Cinayət Məhkəməsi Rüfət Əsəd haqqında 4 il həbs cəzası hökmü çıxarıb.
Məhkəmə onun bütün mülklərinə də həbs qoyub.
R.Əsədin 90 milyon avro sərvətinin olduğu bildirilir.