Bu gün Ağstafa rayon İcra başçısı Seymur Orucovun həyat yoldaşı, keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevanın 115 min manat qazpulu borcu olduğu və bununla bağlı “Azərqaz” tərəfindən məhkəməyə müraciət olunduğu barədə xəbər vermişdik.
“Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov bu dəqiqələrdə Bizimyol.info-ya məlumat verib ki, Çeşmi Hacıyevanın borcu bağlanıb və məhkəmə proseduru ləğv olunub.

“Hazırkı durumla bağlı ödəmələrdə problemlər yaranmışdı. Dünən Çeşmi Hacıyevanın borcunun qalan hissəsi ödənilib. Ödəmə köçürmə yolu ilə həyata keçirildiyi üçün bu barədə məlumat sistemə indi daxil olub. Borc tamamilə bağlanıb”,- deyə Ceyhun Səfərov bildirib.