Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qabil Hüseynli: “Artıq Ermənistanda xaotik durum yaranıb”

“Ermənistanın koronavirus pandemiyası qarşısında aciz qalmasının səbəbi hökumətin vaxtında lazımi tədbirlər görməməsi, ölkəni səfərbər edə bilməməsilə əlaqədardır. Artıq indi orada xaotik durum yaranıb”.

Bu fikirləri Yenisabah.az-a politoloq Qabil Hüseynli Ermənistandakı hazırki durumu şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistanın əhalisinin Azərbaycandan xeyli az olmasına baxmayaraq, koronavirus infeksiyasına yoluxma halının qat-qat artıq olması həm də ermənilərin absurd iddiaları ilə bağlıdır. “Bir ara iddia edirdilər ki, ermənilər koronavirusa yoluxmur. Lakin sonradan başa düşdülər ki, virus etnos tanımır.

Bununla yanaşı, aydın oldu ki, Paşinyan hakimiyyəti böhran vəziyyətlərini idarə etmək iqtidarında deyil. Pandemiyaya qarşı mübarizədə tibbi-maddi-texniki baza çox aşağıdır, lazımi dərman pereparatlarını almaq imkanları da yoxdur. Bu da iqtisadi amillərlə bağlıdır. Ölkənin xəzinəsi boşdur. Üstəlik də Azərbaycanda görülən müəyyən tədbirlər onlarda həyata keçirilməlidir. Karantin tətbiq edilsə də, sosial məsafəyə, gigiyenik qaydalara riayət edilmədi. İnsanların özlərini qoruması üçün maarifləndirmə işləri aparılmadı”, - deyə politoloq əlavə edib.

Qabil Hüseynli bu məsələdə siyasi amillərin də rol oynadığını qeyd edib. Onun fikrincə, Paşinyan hakimiyyətilə bağlı narazılıq pandemiya dövründə daha da artıb. Artıq onub hakimiyyəti təhlükə altındadır. “Rəqibləri mövcud situasiyadan yararlanaraq payıza qədər Paşinyanı hakimiyyətdən devirmək istəyirlər”, - deyə politoloq vurğulayıb.

Bu günə qədər Ermənistanda 13 325 nəfər koronavirusa yoluxub. Onlardan 4099 nəfəri sağalıb, 8052 nəfərin müalicəsi davam etdirilir, 211 nəfər isə ölüb.

Son xəbərlər
Bütün xəbərlər »