Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda daha 3 xəstəxana koronavirus xəstələri üçün ayrıldı

Göyçay, Ucar və Zərdab rayon mərkəzi xəstəxanaları COVİD-19-la mübarizə xəxtəxanası kimi fəaliyyət göstərməyə başlayıb.

Bu barədə Trend-ə açıqlamasında Göyçay rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov deyib.

Onun sözlərin görə, həmin tibb müəssisələri bu gündən etibarən xəstə qəbulunu dayandırıb, xəstələrin köçürülməsinə başlayıb: "Hazırda xəstəxanada stasionar müalicə alan 60-dan artıq xəstə var. Həmin xəstələrin köçürülməsi ilə məşğuluq. Xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşan və müxtəlif hadisələr nəticəsində xəsarət alan şəxslər Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edəcək. Stansiyada bununla əlaqədar zəruri tədbirlər görülüb və şərait yaradılıb. Müxtəlif cərrahiyyə əməliyyatları və doğuş üçün müraciət edən, avtomobil qəzaları zamanı ağır xəsarət alan şəxslər, digər ağır xəstələr Kürdəmir, Ağsu, Yevlax və Mingəçevir xəstəxanalarına müraciət edəcəklər. Göyçay rayonunun kəndlərindəki həkim tibb məntəqələri isə fəaliyyətini əvvəlki kimi davam etdirəcək, xəstələrə ilkin tibbi yardımlar göstəriləcək".

Direktor xəstəxanada COVİD-19 xəstələrinə xidmət edəcək tibb işçilərinin sayının dəqiqləşdirildiyini bildirib: "Göyçay xəstəxanasında 100-dən çox tibb işçisi fəaliyyət göstərəcək, digər işçilər isə məcburi məzuniyyətə göndəriləcək. Əsasən, 60 yaşdan yuxarı olan tibb işçiləri məcburi məzuniyyətə göndərilsə də, onlar aylıq əməkhaqlarını alacaqlar, ixtisar olmayacaq".

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »