Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiyanı alt-üst edəcək təhlükə...” – Medvedevdən açıqlama

“Koronavirusun yeni bir dalğası baş verərsə, dünya müharibələri ilə müqayisə olunacaq səviyyədə qlobal iqtisadiyyata ziyan vura bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası rəisinin müavini Dmitri Medvedev deyib.

“Qlobal iqtisadiyyata yalnız dünya müharibələri ilə müqayisə edilə bilən yeni bir pandemiya təhlükəsi var”, - Medvedyev bildirib.

Onun fikrincə, COVID-19 pandemiyası qlobal iqtisadiyyat üçün görünməmiş problemlər yaradıb və koronavirusun təsirsiz ötüşmədiyi bir ölkə yoxdur.

Medvedyev Beynəlxalq Valyuta Fondunun məlumatlarına istinad edərək bildirib ki, 2020-ci ildə böhran səbəbiylə qlobal iqtisadiyyatın 2019-cu ilə nisbətən 3%-ə kiçiləcəyi gözlənilir:

“Bu, İkinci Dünya Müharibəsindən bəri dünya ÜDM-nün maksimum azalmasıdır. Müqayisə üçün: 2008-2009-cu illərdə baş verən qlobal maliyyə və iqtisadi böhran zamanı illik enmə cəmi 0,1% idi”.

O, indi iqtisadi məntiqin tibbə tabe olduğuna diqqət çəkib: “Bununla yanaşı, uzun müddət davam edən iqtisadi deqradasiya da itki ilə nəticələnə bilər”.

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini hesab edir ki, ən təhlükəli ehtimal, infrastrukturun dağıdılmasına və insan həyatını alt-üst etməyə səbəb olan uzunmüddətli durğunluqla bağlıdır:

“Rusiya, əlbəttə ki, ümumi iqtisadi tənəzzülün qarşısını ala bilməyəcək. İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə, 2020-ci ildə ölkədə ÜDM 5% azalacaq, real gəlirlərin 3,8% azalacağı, işsizliyin 5,7% -ə yüksələcəyi gözlənilir”.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »