Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azəriqaz”dan İcra başçısının 115 min manat borcuna dair açıqlama

“Azəriqaz” İstehsalat Birliyi ilə istixana istifadəçisi fiziki şəxs Hacıyeva Çeşmi Şəmsəddin qızı arasında 05 noyabr 2019-cu il tarixində debitor borcun ödənilməsinə dair razılaşma protokolu imzalanan vaxt qarşı tərəfin Birliyə olan borcu 105 490 manat təşkil edib.

Bizimyol.info-nun sorğusuna cavab olaraq bunu “Azəriqaz” İstehsalat Birliyindən bildiriblər. Qeyd edək ki, Hacıyeva Çeşmi Şəmsəddin qızı Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı Seymur Orucovun həyat yoldaşıdır və keşmiş deputat Şəmsəddin Hacıyevin qızıdır.

Seymur Orucov

Məlumatda qeyd edilir ki, protokola əsasən qarşı tərəf noyabr ayında ilkin ödəniş olaraq 20 000 manat, təbii qazdan sərfiyyatdan əlavə olaraq 2019-cu ilin noyabr, dekabr aylarında hər ayın 25-nə kimi 20 000 manat, 2020-ci ilin yanvar ayının 10-na kimi 45 490 manat olmaqla Birliyə ödəmə öhdəliyini üzərinə götürüb. Lakin ödənişlər lazımi səviyyədə olmadığından və sərfiyyat məbləğləri də bu rəqəmlərin üstünə gəldiyindən ümumi borc artaraq 2020-ci ilin yanvar ayında 115 068,80 manat təşkil edib. Belə bir durumda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəmə iddiası qaldırılıb. Lakin həmin dövrdə koronavirus (COVID-19) pandemiyasının yayılması ilə bağlı bir çox sahələrin, o cümlədən məhkəmələrin fəaliyyətində məhdudiyyətlər yarandığından, sözü gedən proses baxılmamış saxlanılıb. İddianın qaldırıldığı, eləcə də pandemiya dövründə qarşı tərəfin həm borc, həm də sərfiyyata görə apardığı ödənişlərdən sonra ümumi borc azalaraq 79 816,20 manat təşkil etmişdir. Onu da əlavə edək ki, “Azəriqaz” İstehsalat Birliyi heç də iddiasından geri çəkilməyib və borcun tam bağlanılmadığı təqdirdə məhkəmə iddiasının qaldırılması hüququnu özündə saxlayır.

Fiziki şəxs Hacıyeva Çeşmi Şəmsəddin qızının borclarına gəldikdə, bu, əsasən 2017, 2018-ci illərdə ayrı-ayrı aylarda qazdan istifadə böyük həcmli olsa da, aylıq ödənişin ya nisbətən, ya da ümumiyyətlə ödənilmədiyindən yığılıb.

Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi mövsüm dövründə bütün istixanalara ödənişlərlə bağlı güzəştlər edir. Lakin mövsüm bitəndən sonra borc öhdəliklərini yerinə yetirməyənlər barədə müvafiq formada məhkəmə iddiaları qaldırılır.

Son xəbərlər
Bütün xəbərlər »