Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində yeni koronavirus epidemiyası riski

Pekinin Sinfadi bazarında balıqların kəsmə lövhəsində koronavirus aşkar edildikdən sonra Avropa somon idxalını dayandırıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ekspertlərin qənaətincə somon balıqları Çin paytaxtında ikinci yoluxma dalğasının mənbəyi ola bilər.

“Çindəki bütün satışları dayandırmalı olduq, vəziyyətin aydınlaşmasını gözləyirik”, - Norveçin “Royal Salmon” şirkətinin nümayəndəsi Steyn Martinsen “South China Morning Post”a verdiyi açıqlamada bildirib.

Pekinin əsas topdansatış bazarı Sinfadidə dəniz məhsulları şöbəsində yeni növ koronavirusun izləri aşkar edildikdən sonra supermarket və mağazalar bağlanıb. Epidemioloji araşdırma əvvəlcə qızılbalıq qəssab avadanlığına işarə edib, lakin sonra mütəxəssislər bildirib ki, bazara daxil edilməyən qızılbalıqlarda koronavirus yoxdur.

Balıqlarda mümkün olan koronavirus mənbəyi ilə bağlı xəbərlər şəhər sakinlərinin balıq restoranlarından dəniz məhsulları almaqdan imtina etməsinə səbəb olub.

Çin hakimiyyəti isə məlumat yayıb ki, koronavirusun yeni epidemiya riski böyükdür, Pekində infeksiya böyümə mərhələsindədir. Öz növbəsində “CBS News” yazır ki, yeni dalğa bu ilin yanvar ayında Uhandakı vəziyyətə bənzəyir. Çinin baş epidemioloqu U Çzunyunun sözlərinə görə, növbəti günlər virusun necə yayıldığını anlamaq üçün kritik olacaq.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »