Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp ABŞ polisində islahat haqda fərman imzaladı

ABŞ Prezidenti Donald Tramp polis əməkdaşları tərəfindən hüquqazidd əməllərin aşkar edilməsi və departamentlərin bu istiqamətdə fəaliyyətinin stimullaşdırılması tədbirlərinin həyata keçirilməsini nəzərdə tutan fərman imzalayıb.

Tramp bu fərmanın imzalanması ilə bağlı Ağ Evdə bəyanatla çıxış edərkən polisi tərifləyib və deyib ki, polis təşəkkürə layiqdir. Bununla bərabər, o qeyd edib ki, qanun və qayda bütün ölkədə bərpa olunmalıdır və onun administrasiyası bunun üçün nə mümkündürsə edəcək.

Corc Floydun Minneapolisdə polislər tərəfindən saxlanması zamanı ölümündən sonra artıq iki həftə idi ki, həm demokratlar, həm də respublikaçılar hüquq mühafizə orqanlarının fəaliyyətlərində islahatlar keçirilməsini tələb edirdilər. Prezidentin sözlərinə görə, o, polis ilə münaqişə zamanı həlak olmuş bir neçə insanın ailələri ilə görüşüb. Ağ Evin rəhbəri həlak olanların ailələrinə müraciətlə deyib ki, bütün millət onların kədərinə şərikdir.

AzərTAc xatırladır ki, Tramp administrasiyasının fərmanında polisin maliyyələşdirilməsinin azaldılması nəzərdə tutulmur. Bu cür çağırışlar ümummilli etiraz hərəkatı tərəfindən dəstəklənir. Prezident bəyan edib ki, polis zabitinin həyatı təhlükədə olduğu hallar istisna olunmaqla polislər tərəfindən boğma fəndlərinin tətbiq edilməsi qadağan olunacaq.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
Son xəbərlər
Bütün xəbərlər »