Çin hökuməti koronavirusun yeni yeni dalğasına qarşı ehtiyat tədbiri olaraq ölkə paytaxtında II dərəcəli Fövqəladə Hal elan edib.
Bizimyol.info TASS-a istinadən xəbər verir ki, yeni qadağalar artıq qüvvəyə minib.
Pekin sakinlərinə şəhəri tərk etməmək tapşırılıb. Şəhərdən yalnız koronavirus testləri neqativ olan şəxslər çıxa bilərlər. Evdə distant işləmək imkanı olanlar yenidən evlərinə buraxılıblar.
Qeyd edək ki, yanvarın 24-də Pekində gücləndirilmiş karantin elan edilsə də, aprelin 30-da tədbirlər yumşaldılmışdı.İyunun 6-da Fövqəladə vəziyyət III dərəcəyə endirilsə də, 11 gün sonra vəziyyət kəskinləşincə hökumət yenidən vəziyyətə nəzarəti gücləndirib.
İdman zalları, hovuzlar, əyləncə mərkəzləri bağlanıb, kütləvi tədbirlər qadağan edilib.Bununla belə istehsal sahələri öz işiniə davam edir.
İlhamə Rəsulova