Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ÜST koronavirusun müalicəsində istifadə edilən yeni preparatı “elmi inqilab” adlandırıb

Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST) sədri Tedros Gebreyesus koronavirusun müalicəsi məqsədi ilə Britaniyada sınaqdan keçirilmiş deksametazonu yeni elmi kəşf və inqilab kimi dəyərləndirib.

Bizimyol.info bu barədə ÜST-ün saytına istinadən məlumat verir.

Tedros Adhanom Qebreysus Tedros Adhanom Qebreysus

Məlum olduğu kimi, daha öncə Oksford Universitetində aparılan tədqiqatlar sübut edib ki, deksametazon preparatı COVİD-19-a yoluxmuş və süni nəfəs aparatlarına qoşulmuş xəstələrdə ölüm riskini 35 faiz, oksigen dəstəyi alan xəstələrdə 20 faiz azaldır.

ÜST bu preparatı xilasedici elmi inqilab kimi dəyərləndirib. “Bu koronavirusa yoluxmuş xəstələrdə ölüm riskini azaldan ilk preparatdır”,- deyə Gebreyesusun bəyanatında bildirilir.

Qeyd edək ki, bu dərman vəziyyəti ağır olmayan xəstələrdə heç bir effektə malik deyil və yalnız süni oksigen aparatına qoşulmuş ağır xəstələr arasında ölüm riskini azaldır.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »