Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Universitetlər bu payız distant təhsildən yenə istifadə edəcəklərmi?

AR Prezidenti İlham Əliyev “Microsoft” şirkətinin rəhbərliyi və nümayəndələri arasında 17.06.2020 tarixdə keçirilən videokonfrans zamanı bildirmişdir:

“... Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir. ... Pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır”.

Göründüyüy kimi cənab prezident təhsil sistemini yeni dərs ilindən etibarən distant təhsildən istifadəyə hazır olmağa çağırıb.

Qonşu RF-da da bu mövzuda narahatlıq var, bu səpkidə gərgin müzakirələr gedir. Belə ki, RF Baş nazirinin müavini Tatyana Qolikova universitetləri yeni dərs ilinin əvvəlində yenə distant təhsildən istifadəyə hazır olmağa çağırıb. T. Qolikova bildirıb ki, koronavirusun yayılması kontekstində ölkəni payızda nə gözlədiyi hələ məlum deyil, universitetlər distant təhsili davam etdirməyə hazır olmalıdırlar.

T. Qolikova daha sonra bildirib: "Bu barədə danışmaq istəməzdim, amma vəziyyəti proqnozlaşdırmaq çətindir, payızda bizi nə gözlədiyini bilmirik, biz hər şeyə hazır olmalıyıq. Əlbətdə ki, yazda qazandığımız təcrübəni nəzərə almalıyıq. Payız-qış dövrünə daha hazırlıqlı şəkildə keçmək lazımdır. Golikova bu fikri Rusiya Federasiyası Rektorlar Şurası idarə heyətinin iclasında demişdir. O qeyd etmişdir ki, Rusiya universitetləri payizda distant təhsilə tam hazırlıqlı olmalıdırlar.

Bizdən fərqli olaraq, RF universitetlərinin distant təhsilin tətbiqi üzrə 20 illik təcrübəsi var. Maddi-texniki, kadr, proqram- metodiki və pedaqoji təminat məsələlərini onlar çoxdan həll ediblər. Bununla belə RF universitetləri distant təhsilin kütləvi istifadəsi zamanı çətinliklərlə rastlaşdı.

RF Prezidenti V.V. Putin koronavirus şəraitində təhsildə yaranmış vəziyyətlə əlaqəli keçirdiyi müşavirədə qeyd edib ki, son aylar distant təhsil sahəsində toplanmış təcrübə gələcəkdə əhəmiyyətli olacaqdır. Bu müddət ərzində müəllimlər, tələbələr və şagirdlər əlavə olaraq xeyli yükləndilər.

Bəs bizdə vəziyyət necədir? Bizim universitetlər məlum olduğu kimi son 20 illik baykotdan sonra nəhayətm ki, zorən, çox könülsüz və çaşqınlıq vəziyyətində distant təhsilə başlamalı oldular. Heç bir hazırlıq olmadan- maddi-texniki, kadr, proqram- metodiki və pedaqoji təminat məsələləri həll edilmədən onlayn təhsil prosesi başlandı. TN-nin rəsmisi isə müsahibəsində deyir ki, “ pandemiya gözlənilmədən gəldiyi üçün distant təhsilə də gözlənilmədən keçdik”. Yəni pandemiya olmasa idi, hələ də distant təhsilə keçməzdil.

Yaxşı, bəs 2009-cu ildən “Təhsil Qanununda” distant təhsil forması haqqında bənd olduğu halda, niyə bu bu günə qədər bu sahədə heç bir iş aparılmayıb? Heç olmasa hüquqi- normativ baza yaradılardı.

Proseslərin əvvəlində TN universitetlərə bir məktub yollayaraq- Teams MS proqramından istifadə edərək tədrisi qurun- kimi tövsiyyə verməklə kifayətləndi. Əslində isə bizim təhsil sisteminin tətbiq etdiyi bu sistem - onlayn dərslər hələ distant təhsil deyildi. Praktik istifadə edilən distant texnologiyanın tətbiqi ilə tədris və imtahan prosesinin təşkili üzrə hüquqi normativ bazamız da hələ yoxdur.

Bunları yazmaqla, TN-nin məmurlarına xatırlatmaq istəyirəm ki, 20 ilə boşuna verdikdən sonra, heç olmazsa bu qarşıdakı 3 aydan səmərəli istifadə edin, yeni dərs ilindən daha mükəmməl tədris prosesi qurun, normativ baza yaradın, yeni dərs ilində tələbələrlə bağlanan təhsil xidməti müqaviləsində müvafiq korreksiyalar edin. Bu mərhələdə TN təcili olaraq 3 istiqamətdə işə başlamalıdır:

1. “Yaranmış vəziyyətdən çıxmaq üçün nələr etməliyik?” kimi suala cavab tapmaq (yaranmış fövqəladə vəziyyətdən çıxış yollarının axtarışı).

2. Ölkədə normal distant təhsil sisteminin yaradılması strategiyasının yaradılması.

3. Distant təhsil sistemi vasitəsi çatdırılması zəruri olan müasir kontentin yaradırılması. Çünki, məzmun keyfiyyətsizdirsə, müasir deyilsə, bu halda distant təhsilin də keyfiyyəti zəif olacaq.

AR Prezidenti İlham Əlyev son 15 ildə İctimai nəzarətin zəruriliyini dəfələrlə qeyd etmişdir. Təhsil mütəxəssisi olaraq son 20 il ərzində TN-nə verdiyimiz çoxsaylı təkliflərə, o cümlədən distant təhsilin yaradılması zərurəti barədə təkliflərə məhəl qoyulmayıb. İndi vəziyyət fərqlidir. Təhsil kimi mühüm bir sahədə islahatlarda səhv etmək olmaz, çünki, “...Təhsil milləti gələcəyidir “ (Heydər Əliyev).

İlham Əhmədov

Dos. İlham Əhmədov

Son xəbərlər
Bütün xəbərlər »