Yunanıstan sentyabr ayında bölgədə sabitliyi təhlükə altına alacaq təxribatçı planı həyata keçirməyə hazırlaşır.
Bizimyol.info Yeni Şafak-a istinadən xəbər verir ki, Şərqi Ağdəniz adlanan 4 mərhələli təxribatçı plan Türkiyəni özündən çıxarmaq və müharibə elan etməsi üçün əsas verəcək.
Birinci planda Türkiyənin Şərqi Ağdənizdə neft axtaran qazma qurğularına və gəmilərinə atəş açılması nəzərdə tutulur. İkinci plan olaraq gəmilərin seysmik araşdırmalar aparmaq üçün dəniz dibinə endirdiyi kabellərin kəsilməsi, elektron cihazlara müdaxilə nəzərdə tutulur. Daha sonra bölgəyə gələn bütün türk gəmilərini yunan hərbi gəmilərinin müşayiət etməsi planlaşdırılır.
Digər tərəfdən Yunanısatnın Baş naziri İsrailə səfər edərək İsrailin Baş naziri Netanyahu ilə görüşüb. Görüşdə Yunanıstanla-Türkiyə arasında bir böhran yaşanarsa, İsrailin Yunanıstanı dəstəkləməsi barədə müzakirələr aparıldığı iddia olunur.
Qeyd edək ki, Türkiyənin Şərqi Ağdənizdə, Yunanıstanla ortaq sularda neft quyuları qazmaq planları iki ölkə arasında gərginliyi artırıb. Yunanıstan dəfələrlə Türkiyəni müharibə ilə təhdid edib. Yunanıstanda fəaliyyət göstərən bütün türk məscidləri bağlanaraq kinoteatr kimi fəaliyyətə verilib.
İlhamə Rəsulova