Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentə vətəndaş məktubları: Sizi yanımızda gördük, təsəlli və nicat tapdıq

Prezident İlham Əliyevin koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə vətəndaşlarından minnətdarlıq məktubları gəlməkdə davam edir.

“Hörmətli cənab Prezident.

Ulu öndərimiz Heydər Əliyev biz məcburi köçkünlərə hər zaman qayğı ilə yanaşardı. Allah Ulu Öndərimizə rəhmət eləsin, həmişə bizim qəlbimizdə yaşayacaqdır. Siz Prezident seçilərkən sevindik ki, bizim gələcəyimiz daha da yaxşı olacaq və Azərbaycanımız gündən-günə çiçəklənəcək, gözəlləşəcəkdir. Sonrakı hadisələr bizim yanılmadığımızı göstərdi. Xalqımız bu gün güclü, qüdrətli Azərbaycanla fəxr edir.

Təbii ki, Sizin və Mehriban xanım Əliyevanın ölkəmiz üçün gördüyünüz işlər danılmazdır. Uğurlu addımlarınızla Sizə olan güvənimizi, inamımızı daha da gücləndirirsiniz. Digər ölkələrlə müqayisədə bizim ölkə sürətlə inkişaf edir və əmin-amanlıq hökm sürür.

Cənab Prezident, ailəmiz adından Sizə və ailənizə cansağlığı, uzun ömür diləyirəm. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Yaşasın Azərbaycan.

Hörmətlə,

Mehrəliyev Bəhruz İsa oğlu, Laçın rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu”.

***

“Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Azərbaycan bütün gözlənilməz hallara hazır olduğu kimi, bu gözəgörünməz virusla, təhlükəli düşmənlə də uğurla mübarizə aparır. Pandemiyanın ən kəskin günlərində belə biz digər ölkələrlə müqayisədə daha yaxşı statistika ortaya qoya bildik. Bu üç ay ərzində Azərbaycan beynəlxalq səviyyəli konfranslardan kənarda qalmadı.

Biz bu dövrdə ölkəmizin texniki imkanlarının da yaxşı vəziyyətdə olduğunu gördük. Azərbaycanın ev sahibliyi ilə, Sizin müdrik rəhbərliyiniz sayəsində nüfuzlu beynəlxalq videokonfranslar keçirildi. Daha sonra dövlət hakimiyyəti orqanları öz sahələri üzrə videokonfranslar yolu ilə fəaliyyətlərini qurdu. Yəni görünən odur ki, ölkəmizdə heç bir sahədə işlər axsamadı. Demək ki, bu şərtlərdə də yaşamaq, müəyyən ölçüdə evdən də işləmək, dövləti uğurla idarə etmək mümkün oldu. Eyni zamanda, bütün təhsil ocaqlarımız da distant şəkildə idarə olundu. Bu da bir sınaq, keçid dövrüdür. Düşünürəm ki, insanlarımız nikbin olmalıdır, Sizin uzaqgörən siyasi baxışınız nəticəsində, el birliyi ilə biz bu problemi də aşacağıq.

Allah Sizi qorusun, cənab Prezident. Biz həmişə Sizinləyik.

Hörmətlə,

Abbasov Rauf Müzəffər oğlu.

Azərbaycan Respublikası, Gəncə şəhəri”.

***

“Möhtərəm cənab Prezident.

Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində atdığınız zəruri qabaqlayıcı addımlar bir daha onu sübut etdi ki, Siz hər zaman xalqın yanında olmusunuz. Ağcabədi sakinləri, eləcə də biz gənclər rayonumuzda “ASAN xidmət” mərkəzinin açılacağı günü səbirsizliklə gözləyirdik. Bir tərəfdən rayon əhalisi bir məkandan şəffaf qaydada bir çox dövlət və özəl xidmətlərdən yararlanacaq, digər tərəfdən isə gənclərimizə əlavə fürsətlər açılacaq. Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm.

Hörmətlə,

Atakişiyev Hafiz.

Azərbaycan Respublikası, Ağcabədi rayonu”.

***

“Möhtərəm cənab Prezident.

BU məktubu Sizə və ailə üzvlərinizə dərin təşəkkürümüzü bildirmək üçün yazırıq. Yaşadığımız qədim Mirzəqışlaq kəndi Qubanın rayonunun mərkəzindən 20 kilometrlik məsafədə yerləşir. 1986-cı ildə kənd sakinləri qonaqpərvərlik göstərərək, məhsəti türklərindən olan 20 ailəni qəbul edib və hazırda onlarla mehriban yaşayırlar.

Son illər kəndimizə göstərilən qayğı bizi sevindirir. Belə ki, iki il əvvəl kəndimiz təbii qazla təchiz olundu. Bu il isə kəndimizə 3,5 kilometr uzunluğunda asfalt yol çəkildi. Kəndimizin sosial problemləri demək olar ki, öz həllini tapıb. Azərbaycanın şəhərlərində, rayonlarında, kənd və qəsəbələrində ölkə vətəndaşlarına yaradılan bu gözəl şəraitə görə Sizə təşəkkür edir, Ulu Tanrıdan Sizə və ailə üzvlərinizə cansağlığı, uzun ömür arzulayırıq.

Hörmətlə,

Məmmədov Alim

Abasov İbrahim

Babayev Rövşən

Kazımov Ramin

İsrafilov Ceyhun və başqaları.

Azərbaycan Respublikası, Quba rayonu, Mirzəqışlaq kəndi”.

***

“Möhtərəm cənab Prezident.

Bir din xadimi kimi bildirmək istəyirəm ki, azad, firavan ölkədə yaşayıb rahat ibadətlə məşğul ola biliriksə, buna görə Sizə borcluyuq. Din bizim mənəvi dəyərimizdir.

Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Amma Sizin rəhbərliyinizlə görülən işlər sayəsində Azərbaycan digər ölkələrlə müqayisədə daha az itki verdi. Siz COVID-19 pandemiyası dövründə böyük fədakarlıq göstərərək, insanların maddi ehtiyaclarının ödənilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində uğurlu işlər görürsünüz. Siz koronavirusun yayıldığı ilk günlərdən vətəndaşların yanındasınız, onlara kömək göstərirsiniz.

Cənab Prezident, bir daha əmin olduq ki, ən çətin günlərdə güvənə biləcəyimiz rəhbərimiz var. Azərbaycan xalqı Sizi daim dəstəkləyir. Allah Sizi və xalqımızı qorusun.

Hörmətlə,

Eldarov Əli Cəmaləddin oğlu.

Azərbaycan Respublikası, Siyəzən rayonu”.

***

“Möhtərəm cənab Prezident.

Sizin Tərtər rayonuna hər səfəriniz biz tərtərli gənclər üçün toy-bayrama çevrilir. İndi biz gənclərin bir araya gəlməsi üçün gənclər mərkəzimiz, şahmat gənclər idman məktəbimiz, möhtəşəm olimpiya idman kompleksimiz var. Siz gənclərimizin təhsilinə, tərbiyəsinə diqqət və qayğı ilə yanaşdığınız kimi, onların sağlamlığına da xüsusi diqqət yetirirsiniz. Açılışını yenicə etdiyiniz olimpiya idman kompleksi bunun bariz nümunəsidir.

Cənab Prezident, dünyanı koronavirus pandemiyasının ağuşuna aldığı bir vaxtda, bütün çətinliklərə baxmayaraq, rayonumuza səfər etdiyiniz, bizimlə birgə olduğunuz üçün cəbhə bölgəsində yaşayan vətənpərvər gənclər adından Sizə minnətdarlığımızı bildiririk. Biz gənclər həmişə Sizinləyik və Sizin rəhbərliyinizlə istər təhsildə, istər istehsalat, istərsə idman sahəsində yeni-yeni uğurlara imza atmağa söz veririk. İnanırıq ki, Qarabağımız tezliklə işğaldan azad ediləcək, o torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalanacaq. Tanrı Sizi, ailənizi və xalqımızı qorusun.

Hörmətlə,

Məmmədzadə Tunarə,

Azərbaycan Respublikası, Tərtər rayonu”.

***

“Möhtərəm cənab Prezident.

Kəndimizdə aqrar sektorda inkişaf dinamikası müşahidə edilir. Hazırda taxıl biçini mövsümüdür. Biçinə yeni kombaynlar cəlb edilmişdir. Ümumilikdə kəndimizdə taxıl biçini zamanı tələbatı tam ödəyə biləcək sayda kombayn mövcuddur. Həmçinin dövlət dəstəyi ilə özəl sektor tərəfindən lazımi texnikalar alınmaqdadır. Fermerlərin gübrəyə olan ehtiyacını təmin etmək məqsədilə müvafiq işlər görülmüşdür. Pambıq əkinini də uğurla başa çatdırmışıq.

Hörmətli Prezident, kənd ağsaqqalları Sizi əmin edir ki, taxıl biçinini uğurla başa vurub, bol məhsul əldə edəcəyik. Bu da kəndimizdə əhalinin güzəranının yaxşılaşdırılmasına zəmin yaradacaqdır. Bütün bu işlərin uğurla həyata keçirilməsi üçün kəndin ağsaqqalları Sizə minnətdarlıqlarını bildirirlər.

Kənd ağsaqqalları adından hörmətlə,

Ağalı Osmanov

Habil Qurbanov

Hümmət Qərıbov

Əflan Hüseynov

Əli Cavadov

Azərbaycan Respublikası, Salyan rayonu, Kürsəngi kəndi”.

***

“Çox hörmətli cənab Prezident.

Son illərdə ölkəmizdə baş verən hadisələr göstərdi ki, Siz hər bir vətəndaşın dayağı, dar günün dostusunuz. Bizim ailə də bunu öz həyatında gördü. Ötən il Dağlıq Şirvan zonasında baş vermiş zəlzələ nəticəsində evimiz qəzalı vəziyyətə düşmüşdü. Arzu edirəm, o günləri Allah bir də bizə göstərməsin. Öz doğma ocağını dağınıq görmək çox ağır taledir. Belə bir vaxtda biz Sizi yanımızda gördük, böyük təsəlli və sonda nicat tapdıq. Ailəm üçün yeni ev tikilmişdir.

Möhtərəm Prezident, bizi evsiz-eşiksiz qoymadığınız üçün Sizə ailəmin adından minnətdarlığımı bildirirəm. Xudavəndi-aləm ocağınızı gur eləsin, həyatınız daim firavan olsun.

Hörmətlə,

Seyidov Elməddin Seyfəddin oğlu.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Hacıhətəmli kəndi”.

***

“Möhtərəm Prezident.

Siyəzən ərazisində yerləşən nadir təbiət abidələrindən olan Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin qorunmasının daha da gücləndirilməsinə imkan verəcək “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğunun yaradılması haqqında Sərəncamınız rayon ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Bu addımınız bir daha sübut edir ki, Siz Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin himayədarısınız.

Regionlarda mədəniyyətin inkişafına, tarixi abidələrin və müqəddəs məkanların bərpasına göstərdiyiniz qayğı milli-mənəvi dəyərlərimizə olan sevginizin və hörmətinizin göstəricisidir. Sizin və hörmətli birinci xanım Mehriban Əliyevanın ölkəmizin sosial-iqtisadi inkişafı ilə yanaşı, mədəniyyətimizə də diqqət və qayğınızın nəticəsi olaraq, fəaliyyətiniz xalqımız tərəfindən hər zaman bəyənilir və dəstəklənir.

Dünyada COVID-19 pandemiyası təhlükəsinin tüğyan etdiyi dövrdə ölkəmizdə bu bəlanın qarşısının alınması və insanların sağlamlığının qorunması üçün həyata keçirdiyiniz tədbirlərə görə də bir vətəndaş olaraq Sizə təşəkkür edirəm.

Hörmətlə,

Ağasiyev Pərvin Əlizadə oğlu.

Azərbaycan Respublikası, Siyəzən rayonu”.

***

“Möhtərəm cənab Prezident.

“Azərbaycan” İstilik Elektrik Stansiyasında aparılan abadlıq-quruculuq işləri biz energetiklərin ürəyincədir. Stansiyanın təmiri ilə yanaşı, həmin ərazidən keçən Qarabağ kanalının da təmir edilməsi, onun “Borçalı” bağ massivinə gedən hissəsində yeni körpünün salınması sakinlərin rəğbətinə səbəb olub. Uzun illər idi ki, həmin bağ massivində yaşayan sakinlərinin gediş-gəlişində çətinlik var idi. Artıq yaşadığımız bağ massivinə rahatlıqla gedirik.

Cənab Prezident, görülən bütün bu işlərə görə Sizə minnətdarıq. Qoy, Uca Tanrı Sizi qorusun.

Hörmətlə,

Əliyev Rafiq Ziyad oğlu.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri”.

***

“Hörmətli cənab Prezident.

Tərtər, Ağdam, Ağcabədi rayonlarına səfəriniz bir daha göstərdi ki, Siz cəbhə bölgəsinə həssaslıqla yanaşır, həmin rayonların sosial-iqtisadi inkişafına xüsusi diqqət və qayğı göstərirsiniz.

Sizin Ağcabədiyə son səfəriniz bir kənd sakini olaraq mənə və bütün ağcabədililərə böyük ruh yüksəkliyi gətirmişdir. Səfər çərçivəsində Ağcabədidə bir sıra obyektlərin, o cümlədən kəndimizin ərazisində yerləşən dənli bitki toxumlarının emalı zavodunun açılışında iştirak etməyiniz gələcəkdə biz fermerlərin yüksək repreduksiyalı toxumlarla təmin olunması və yüksək məhsuldarlıq əldə etməsi üçün böyük təkan olacaqdır.

Bu şəraiti bizə yaratdığınıza görə kəndimizin fermerləri adından Sizə dərindən təşəkkür edir, cansağlığı, uzun ömür diləyirəm. Biz hiss edirik ki, Azərbaycan kəndlisi torpaq sahibidir, arxasında isə onu düşünən dövlət başçısı var. Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədov Eldəniz Ərşad oğlu.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Rəncbərlər kəndi”.

***

“Möhtərəm cənab Prezident.

Bütün dünyanı cənginə alan COVID-19 infeksiyası Azərbaycanımızdan da yan keçmədi. Koronavirus insanlarda qorxu, vahimə yaradırdı, əhali sonu ölümlə nəticələnən bu virusdan qurtuluşun mümkünsüzlüyünü düşünərkən Sizin qətiyyətlə verdiyiniz qərarlar, uzaqgörən siyasətiniz xalqımıza inam verdi. Sizin və Mehriban xanım Əliyevanın bu çətin günlərdə xalqımızın yanında olmağınız, bizə maddi və mənəvi dəstək verməyiniz, eyni zamanda, bu bəladan qurtuluş üçün lazım olan bütün tədbirlərin həyata keçirilməsinə nəzarət etməyiniz xalqımızın həyatında əvəzsiz rol oynamaqdadır. Sizin böyük zəhmət hesabına əldə etdiyiniz uğurlar nəticəsində ölkəmiz ən az itkilərlə bu koronavirusla gərgin mübarizə aparır. Tərəfinizdən aparılan bu mübarizənin nəticəsidir ki, bütün xalqımız bir daha Sizin nə qədər əzəmətli, Vətənini, xalqını sevən bir Lider olduğunuzun şahidi oldu.

Hörmətli cənab Prezidentimiz, Sizinlə fəxr edirik, Sizin kimi böyük bir Lideri olan ölkəmizin bundan sonra da hər bir mübarizədə qalib olacağına inanırıq. Bütün gücümüzlə Sizi dəstəkləyirik və hər zaman yanınızdayıq.

Hörmətlə,

Seyidova Sevinc Nüsrət qızı.

Azərbaycan Respublikası, Kürdəmir şəhəri”.

***

“Möhtərəm cənab Prezident.

Diqqət və qayğınız nəticəsində Binəqədi rayonu Xocasən qəsəbəsinin siması gündən-günə dəyişir. Qəsəbənin yollarının böyük əksəriyyətinə asfalt örtüyü çəkilib. Hazırda qəsəbənin yeni salınmış məhəllələrinin ayrı-ayrı küçələrində yenidənqurma işləri davam edir. Bu günlərdə rayonumuzun qəsəbələrində avtomobil yollarının yenidən qurulmasının davam etdirilməsi məqsədilə ayırdığınız maliyyə vəsaiti bir daha sübut edir ki, vətəndaşların rifahı daim Sizin diqqətinizdədir. Biz vətəndaşlar üçün çəkdiyiniz zəhmətə, insanların rifahı üçün gecə-gündüz yorulmadan çalışdığınıza görə bütün Xocasən əhalisi adından Sizə sonsuz minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədov Ağayar,

Telman Abdullayev,

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi”.

Paylaş »
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Paşinyan: “44 gün ərzində Putinlə daim əlaqə saxlayırdım”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
Son xəbərlər
Bütün xəbərlər »