Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokurorluq Gəncədəki insidentlə bağlı məlumat yaydı

İyunun 16-da saat 20 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini, 1950-ci il təvəllüdülü Mahir Quliyevin ailə məişət münasibətləri zəminində qardaşı arvadı Ofelya Quliyevanı bıçaqlayaraq öldürməsi, nəvələri – 2006-cı il təvəllüdlü Malik və 2002-ci il təvəllüdlü Sevincə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Bizimyol.info xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətin verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

İstintaqla cinayətin M.Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Boris Yeltsinin ən yaxın adamına vəzifə verildi
››› Türk hərbçiləri Ağdamda...
Son xəbərlər
Bütün xəbərlər »