Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zabit Səmədov Avstriya brendinin siması və rəsmi təmsilçisi oldu

16 iyun tarixində Bakı Biznes Mərkəzində məhşur kikbokçu, Mauqli ləqəbli Zabit Səmədovla Avstriya ticarət markası Berg arasında müqavilə imzalandı. Bununla da Zabit Səmədov Berg ticarət markasının səfiri oldu.

O, Berq şirkətinin yeni içki markası olan “Berg Glucose”-nın ölkəmizdə və dünyada siması və rəsmi təmsilçisi olacaq.

“Berg Glucose” Azərbaycan bazarında sağlam həyat tərzini təbliğ edən ilk məhsuldur. Bu məhsulun tərkibində vitaminlər kompleksi, qlükoza, dəmir və təbii limon suyu var. Tədbirdə çıxış edən məhşur kikboksiyor məhsulun siması olmağının səbəbini də açıqladı. Zabit Səmədov: “Qələbəyə aparan sir sağlamlıq üçün düzgün seçim etmək, səy göstərmək və gücdür. Mən sağlam həyat tərzini seçmişəm. “Berg Glucose”-a da sağlam həyat tərzi üçün mükəmməl içkidir. Bütün bu oxşarlıqlar məni və “Berg Glucose”-nı birləşdirir”- dedi.

Sualları cavablandıran Zabit Səmədov həmçinin qeyd etdi ki, “Berg Glucose” ilə bizi qarşıda çox maraqlı aktivliklər və layihələr gözləyir. O, tərkibində immun sistemini gücləndirən vitamin kompleksi, dəmir və qlükoza olan “Berg Glucose”-nı və həyatımızın istənilən anında möhkəm olmağı tövsiyyə etdi. Qeyd edək ki, “Berg Glucose”-nın sloqanı “möhkəm ol”-dur.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »