Üç il əvvəl "O Səs Türkiyə"nin münsiflər heyətində yer alan Ebru Gündeş yenə bu missiyanı üzərinə götürməyə hazırdır. Tanınmış müğənni layihəyə rekord məbləğə qayıdır.
Bizimyol.info xəbər verir ki, Ebru Gündeş "O Səs Türkiyə"də həftədə 180 min lirə (26 min dollardan çox) qazanacaq. Üç il sonra layihəyə qayıdan müğənni həmkarı Seda Sayanı əvəz edəcək. Seda Sayan həm musiqi layihəsində, həm də aparıcılıq etdiyi yemək proqramında yer almağın fiziki baxımdan mümkün olmadığını bildirib.
"O Səs Türkiyə"də ən çox qonorar Beyazıt Öztürkə verilirdi. Şoumen həftədə 90 min lirə qazanırdı. Seda Sayan, Hadisə və Murat Boza 70 min lirə verilirdi.
Layihənin yer aldığı TV8 kanalının rəhbəri Acun Ilıcalı keçən həftə tamaşaçıların dəyişiklik sevdiyini demişdi. O, münsiflər heyətində yeni üzvün peyda olacağını bildirmişdi.