Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makedoniyalı İsgəndərin varislərinin taleyi necə olub

Makedoniyalı İsgəndər tarixin ən böyük sərkərdələrindən sayılır. O, 33 illik ömrü ərzində bütün dünyaya səs salmağı bacarıb. Amma Makedoniyalı İsgəndərin nəsli davam etdirilməyib.

Bizimyol.info bu dəfə onun varislərinin – oğullarının taleyindən danışacaq.

Makedoniyalı İsgəndər hakimiyyəti dövründə çox böyük ərazilər ələ keçirmişdi. İştahı o qədər artmışdı ki, hətta Hindistanı zəbt etmək fikrinə düşmüşdü. İsgəndər tarixçilərin yazılarında həm də qadınlara qarşı sərt davranışı ilə qalıb. Plutarxın yazdığına görə, onun valideynləri çox da yaxşı yola getmirmiş. İsgəndər qadınlar haqda çox düşünməzmiş. Buna baxmayaraq, hələ evliliyə qədər sevgilisi olub. Artabazın qızı Barsina tarixə İsgəndərin ilk qadını və Heraklın anası kimi düşüb. Böyük sərkərdə sonradan Roksana, Statira, Parisadita ilə evlənib. Roksana kiçik İsgəndəri həyat yoldaşının ölümündən sonra dünyaya gətirib. Barsina rəsmi arvad olmadığından, onun dünyaya gətirdiyi övlad da varis kimi qəbul edilmirmiş. Daha çox İsgəndər bu statusda görünürmüş. Amma Makedoniyalı İsgəndərin ölümü ölkədə çox şeyi dəyişmişdi. Hakimiyyət uğrunda amansız mübarizə gedirdi. Heç kim İsgəndəri və ya Heraklı varis kimi qəbul etməyə hazırlaşmırdı.

Barsina oğlu ilə uzun müddət hər şeydən kənar yaşayırdı. Roksana istəsə belə, hadisələrin mərkəzində ola bilməzdi. Hakimiyyət uğrunda mübarizə aparan Kassandr onları az qala ev dustaqlığında saxlayırdı. Məhz bu adam Makedoniyalı İsgəndərin ölümündən 14 il sonra Makedoniyaya rəhbərlik etməyə başlayacaqdı. Amma hələ buna qədər böyük sərkərdənin hər iki oğlunu öldürtdürəcəkdi. Onda Heraklın 18, İsgəndərin 14 yaşı vardı.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »