Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyev: “Vəziyyət nəzarət altındadır”

“Baxmayaraq, əlbəttə ki, bu pandemiya bizim ənənəvi həyat tərzimizə ciddi şəkildə müdaxilə edir, bununla belə, biz özümüzü reallığa uyğunlaşdırmalıyıq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı deyib.

“Bizim pandemiyanın öhdəsindən gəlməklə bağlı səylərimiz barədə sözlərinizə görə sizə təşəkkür edirəm. Həqiqətən də, Azərbaycan bu mühüm məsələnin həllində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə adlandırılıb. Vəziyyət nəzarət altındadır.

Eyni zamanda biz nəinki təkcə daxili məsələlərə diqqət yetiririk, həmçinin qlobal miqyasda da fəaliyyət göstəririk. Azərbaycan artıq 29 ölkəyə humanitar yardım göstərib və bu proses davam edir. Biz özümüzü beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi nümayiş etdiririk”, - Prezident əlavə edib.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »