Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya ilə Cənubi Koreya arasında növbəti gərginlik

Şimali Koreya Keson şəhərindəki əlaqə qovşağını partladıb. Sosial şəbəkələrdə partlayışın görüntüləri yayılıb.

Bizimyol.info xəbər verir ki, partlayış yerli vaxtla 14.49-da baş verib. Cənubi Koreya mənbələri Şimali Koreyanın bu addımını sülh danışıqlarının pozulması kimi qiymətləndirib. Koreyanın Birləşdirilməsi Nazirliyi bəyanatında Şimali Koreyanın çoxdan bu fikirdə olduğunu bildirib. Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon hələ bir neçə gün əvvəl açıqlamışdı ki, əlaqə qovşağı əhəmiyyətsizdir, çoxdan məhv etmək lazım idi. Bu məntəqə tərəflərin əlaqə saxlamaq imkanlarını genişləndirmək üçün yaradılmışdı. Amma bir müddət əvvəl Şimali Koreya Cənubi Koreyanı ölkəyə təbliğat vərəqələri atmaqda ittiham etdi. Bundan sonra münasibətlər xeyli pisləşdi.

Cənubi Koreya iyunun 9-dan Şimali Koreya ilə heç cür əlaqə saxlaya bilmir. Kesondakə əlaqə qovşağının partladılması yaxşı gələcəkdən xəbər vermir. Şimali Koreya cənub qonşusu ilə sərhədə əlavə hərbi qüvvə cəlb edib.

Cənubi Koreya mənbələri bu sərt addımı həm də Kim Yo Çjonun hakimiyyəti idarə etməyə başlaması ilə əlaqələndirir. Kim Çen Inın ağır xəstə olduğu, onu bacısının əvəz edəcəyi deyilir.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »