Ümumdünya Səhiyyə Təşkilatının koronavirus siyahısında Türkmənistanın adına rast gəlmək olmur.
Çünki Orta Asiya dövləti ölkədə virusa yoluxanların olmadığını bildirir. Müstəqil mənbələr isə xəstəxanalarda yer tapılmamasından danışır.
Bizimyol.info xəbər verir ki, alternativ media tibb ocaqlarına tənəffüs problemi olan çoxlu adamın müraciət etdiyini yazır. Paytaxt Aşqabadda həkimlər işə qoruyucu geyimlərdə çıxırlar. “Qaudan” mikrorayonunda xeyli həkimin, tibb bacısının koronavirusa yoluxduğu deyilir. Onların hamısı xüsusi nəzarət altındadır.
Alternativ media Türkmənabadda tibb bacılarından birində virus aşkarlandığını, amma hökumətin faktı gizlətdiyini bildirir. Bu şəhərdəki mərkəzi xəstəxanada 34 nəfərdə koronavirus əlamətləri var, amma hələ də dəqiq diaqnoz açıqlanmayıb.
Tacikistanda da əvvəlcə belə davranırdılar. Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri gələnə qədər ölkədə epidemiyanın olmadığını iddia edirdilər. Araşdırma isə vəziyyətin pis olduğunu göstərdi.