Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN Dağıstanda baş verən hadisəyə münasibət bildirdi

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva Rusiya ilə sərhəddə baş verən hadisəyə münasibət bildirib.

O, "Report"a deyib ki, Azərbaycan-Rusiya sərhədinin Dağıstan istiqamətində baş verən hadisə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən münasibət bildirildi:

Leyla Abdullayeva Leyla Abdullayeva

"Bu xüsusda, öz tərəfimizdən dəfələrlə vətəndaşlarımıza müraciət edərək ölkəyə geri dönüşün qeydiyyat əsasında həyata keçirildiyini, yaşlılar, xəstələr, qadınlar və həssas kateqoriyaya daxil olan digər vətəndaşlarımızın prioritet təşkil etdiyini, geri dönüşün ökəmizdəki karantin yerlərinin qəbuletmə imkanları ilə bilavasitə əlaqəli olduğunu qeyd etmişik. Sərhəd keçid məntəqəsinə toplaşmağın çıxış yolu olmadığı və mövcud vəziyyətdə anlayış göstərmələrini israrla xahiş etmişik".

"Qeyd etmək istərdim ki, vətəndaşlarımızın geri dönüşü ilə bağlı iki ölkə arasında bütün səviyyələrdə əldə edilən qarşılıqlı razılaşma həyata keçirilir və müvafiq qurumlar arasında əlaqələndirmə çərçivəsində vətəndaşların ölkəyə gətirilməsi davam etdirilir. Bu gün də sərhəd keçid məntəqəsindən növbəti qrup vətəndşımızın ölkəyə keçidi təmin olunub. Vətəndaşlarımıza müraciət edərək maksimum anlayış göstərməyə və olduqları ölkənin qanunvericiliyinə riayət etməyə çağırırıq", - L.Abdullayeva vurğulayıb.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
Son xəbərlər
Bütün xəbərlər »