Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə iqtisadi vəziyyətin pis olmadığını düşünür.
O, bu haqda danışarkən “yaşamaq olar” ifadəsindən istifadə edib.
Bizimyol.info xəbər verir ki, Lukaşenko Belarus iqtisadiyyatını inkişaf etdirmək üçün yetərincə imkanlar olduğunu bildirir. Dövlət başçısının fikrincə, əvvəlcə sərhədlər açılmalıdır. Çünki Belarus ixracatın hesabına yaşayır.
Lukaşenko deyib ki, qiymətlərin artmasına görə narahatlığa əsas yoxdur: “Şükür Tanrıya, dünyada neft yetərincədir. Qiymətlər də münasibdir. Təbii qaz da çoxdur. Bizim bazar əsas oyunçular sırasındadır”.
Lukaşenko koronavirus haqda da danışıb. Prezident yeni bir söz deməyib. Belsrusun dövlət başçısı yenə virusla bağlı mübarizəyə görə ölkəsini öyüb. Onun fikrincə, hamı Belarus təcrübəsini öyrənməlidir.
Lukaşenko beynəlxalq təşkilatlardan birinin ölkəyə 300 milyon dollar yardım etmək istədiyini bildirib: “Bilmirəm, Dünya Bankıdır, ya kimdisə”.
Keçən həftə prezidentdən təbii qaz problemləri haqda soruşanda o, insanlara qışda evi qızdırmaq üçün taxta kəpəyindən istifadə etməyi məsləhət görmüşdü.