Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bütün qadağaları ləğv edən ölkəyə xaricdən qayıdan iki vətəndaş virus gətirib

Yeni Zelandiya keçən həftə pandemiya üzərində qələbəni qeyd etmişdi. Bu həftə isə yeni yoluxanların olduğu üzə çıxıb.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniyadan Yeni Zelandiyaya qayıdan iki qadında infeksiya aşkarlanıb. Onlar uzaq ölkəyə vəfat edən qohumun dəfnində iştirak üçün getmişdilər. Yeni Zelandiyaya qayıdan kimi həmin qadınlar karantinə alınıb.

Yeni Zelandiyanın baş naziri Xasinda Ardern vətəndaşları arxayınlaşmamağa çağırıb. Onun sözlərinə görə, ölkə daxilində də yoluxmalar qeydə alına bilər. Həm də ona görə ki, vətənə qayıdanların sayı artıb.

Yeni Zelandiya hökuməti iyunun 9-da dünyada bütün qadağaları ləğv edən ilk ölkə olmuşdu. Bundan bir gün əvvəl axırıncı COVİD-19 xəstəsinin də sağaldığı açıqlanmışdı. Yeni Zelandiya təkcə sərhədləri bağlı saxlayıb.

Yeni Zelandiyanın uğurunun səbəbi karantin qaydalarının vaxtında, həm də ciddi əməl etməklə tətbiqidir. Bundan başqa, kütləvi test götürmə kampaniyası da işin xeyrinə işləmişdi. İndiyə qədər Yeni Zelandiyada 1506 nəfərdə virus aşkarlanıb. Pasiyentlərin yalnız 22-si həyatını itirib.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
Son xəbərlər
Bütün xəbərlər »