Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa yoluxan bəzi polislərin vəziyyəti ağırdır

“Karantin rejiminə nəzarət edən polislərimiz arasında koronavirusa yoluxanların sayı artıb”.

Bu sözləri redaktor.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib. O bildirib ki, hazırda virusa yoluxan polislərin müalicəsi davam edir:

Ehsan Zahidov Ehsan Zahidov

“Əməkdaşlarımızın tibbi maskadan, əlcəkdən istifadə etməsinə baxmayaraq, gün ərzində minlərlə insanla təmasda olmaları virusa yoluxmalarına səbəb olur”.

E.Zahidov virusa yoluxan polislərdən bəzilərinin səhhətinin ağır olduğunu, bəzilərinin isə evə buraxıldığını bildirib:

“Əvvəldən yoluxanların müalicələri bitdiyi üçün evə buraxılıb. Son günlər yoluxanlar hazırda müalicə alır. Ümumilikdə əməkdaşlarımız arasında dünyasını dəyişən olmasa da, bəzi əməkdaşlarımızın vəziyyəti ağırdır”.

DİN rəsmisi karantin rejiminə nəzarət edən polis əməkdaşlarının hər gün xüsusi müayinələrdən keçdiyini bildirib.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »