Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müddətli həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Xidmətin yaydığı müraciətdə bildirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla  komplektləşdirilməsi may ayı ərzində müvəffəqiyyətlə yekunlaşdırılıb.

Məlum olduğu kimi koronavirus infeksiyasının (COVİD-19) Azərbaycan Respublikasının ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün xüsusi karantin rejimi tətbiq edilmiş və ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində müddətli

həqiqi hərbi xidmətə çağırılan gənclərin sağlamlığı ilə bağlı mümkün risklərə yol verilməməsi məqsədilə 2020-ci ilin aprel çağırışının müddəti may ayının 31-dək uzadılmışdır.

Xatırladaq ki, 01 may 2020-ci il tarixdən etibarən çağırışçıların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılmışdır.

Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq 2002-ci ildə doğulmuş və 2020-ci il aprelin 30-dək 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan

Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il mayın 31-dək müddətli həqiqi hərbi xidmətə yola salınıblar.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasında 2020-ci ilin may ayında müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı SHXÇDX tərəfindən  aprelin 22-də SMS vasitəsilə məlumatlandırılmışdırlar.

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Son xəbərlər
Bütün xəbərlər »