Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MTX Paşinyana yalançı deyən milyarderi saxladı

Hər şey bizim “Çiçəklənən Ermənistan” Partiyası Siyasi Şurasının iclasını təşkil etməsindən sonra başladı.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyan parlamentdə çıxışı zamanı deyib. O, Paşinyan hakimiyyətinə zamanında xalqa görə dəstək verdiyini bildirib.

Bununla belə, Q.Tsarukyan hazırkı hökumətin erməni xalqını yalanlarla idarə etdiyini deyib.

Partiya lideri xalqın onun yanında olduğunu bildirib: “Bütün daxili qoşunları göndərmisiniz ki, regionlardan giriş məhdudlaşsın. Amma hakimiyyətə gələndə siz “müstəqillik”, “azadlıq”, “hakimiyyət xalqdır” deyirdiniz. Sizin səsiniz 88% idi, indi isə 7%-niz belə qalmayıb. Bölgələrə gedin, xalqla hər şeyi müzakirə edin. Hər şey məhv olub”.

Qagik Tsarukyan Ermənistanda koronovirusla bağlı yaranan situasiyanın günahkarının hökumət olduğunu deyib: “Deyirlər ki, Tsarukyan beynəlxalq hadisələr barədə informasiyaya sahib deyil. Tsarukyan tam olaraq hər şeyi dərk edir. Siz hər kəsi yoluxdurmusunuz, bu gün isə deyirsiniz ki, maska taxın. Belə şey ola bilməz. Mən susa bilərəm, rahat yaşaya bilərəm, amma mənim qəlbim sadəcə parçalanır. Hakimiyyət deyir ki, infeksiyanın əsas səbəbi maska taxmayan xalqdır. Hər şeyi məhz siz uğursuzluğa düçar etmişiniz. Sizin inqilabın sonu artıq çatıb”.

Çıxışından sonra binanı tərk edən Tsarukyan Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən saxlanılıb.

MTX əməkdaşları Tsarukyanın onların maşınında getməsini tələb etsələr də, sonradan tərəflər Tsarukyanın avtomobilində getmək barədə razılığa gələ biliblər.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti “Çiçəklənən Ermənistan” Partiyasının bütün ofislərində axtarış aparıb, həmçinin Tsarukyan istintaqa cəlb edilib. Ona qanunsuz fəaliyyəti nəticəsində dövlətə 62 milyon dollar ziyan vurduğu barədə ittiham elan edilib.

Hazırda parlamentdə Tsarukyanın deputat toxunulmazlığının ləğvi ilə bağlı Baş prokurorun təqdimatı əsasında müzakirələr gedir.

Deputat hesab edir ki, həbs olunacağı təqdirdə bütün komandası və tərəfdarları ədalət uğrunda mübarizəni davam etdirəcəklər: "Mən geri çəkilmək fikrində deyiləm, sona qədər gedəcəyəm".

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
Son xəbərlər
Bütün xəbərlər »