Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bir qrup gənc Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirib - Video
DİN-in qarşısında Aksiya

Bir qrup gənc Daxili İşlər Nazirliyinin qarşısında icazəsiz etiraz aksiyası keçirib.

Bizimyol.info xəbər verir ki, etirazçılar “Polis zorakılığına yox”, “Vətəndaşı qorxutma qoru” şüarları səsləndiriblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti bir qrup gəncin Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirməklə bağlı müraciətinə cavab verib. Cavabda icra hakimiyyəti 16 iyun tarixdə planlaşdırılan aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib.

Xatırladaq ki, bir qrup gənc Yasamal rayonunda polislə vətəndaş arasında baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin qarşısında etiraz aksiyası keçirməyi planlaşdırıb.

Yürüşün təşkilatçısı Bakı Şəhər İcra Hakimiyyətinin cavabından məhkəməyə şikayət olunacağını və bundan asılı olmayaraq 16.06.2020-ci il tarixdə, saat 14:00-da karantin qaydalarını qorumaqla və sivil şəkildə aksiya keçiriləcəyini bildirib.

Paylaş »
››› Səhiyyə nazirimiz haradadır: Nazirlikdən sürpriz cavab
››› Azərbaycanda polis genişmiqyaslı əməliyyata başladı: Saxlanılanlar var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən rayon və şəhərlərin sayı artırılıb
››› Daha iki rayonda karantin rejimi sərtləşdirilir
Son xəbərlər
Bütün xəbərlər »