Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dağıstanda rus polisi soydaşlarımızı döyüb

Dünən gecə Dağıstanın Azərbaycanla sərhədi yaxınlığında yerləşən Qullar qəsəbəsində azərbaycanlılarla rus polisləri arasında insident yaşanıb.Polislərin həmyerlilərimizi döydükləri bildirilir.

Bizimyol.info-nun məlumatına görə, iki ölkə arasında pandemiya səbəbi ilə sərhədlər bağlandıqdan sonra, yüzlərlə azərbaycanlı Dağıstan sərhədinə gələrək vətənə qayıtmaq istəsə də, gələ bilməyib. Rusiya və Azərbaycan arasında aparılan danışıqlardan sonra, 200-dən çox ailə ölkəyə buraxılsa da, sərhəddə çətin vəziyyətdə gözləyən xeyli insanın olduğu bildirilir.İnsidentlə bağlı Rusiya mətbuatı sərhəddə gözləyən azərbaycanlıların 4 polis nəfərini döydüyünü bildirərək, sabah Azərbaycan nümayəndə heyəti ilə vəziyyətin müzakirə ediləcəyini yazıb.

Bahəddin Həziyev Bahəddin Həziyev

Müxtəlif sosial şəbəkələrdə paylaşılan videogörüntülər cəmiyyətimiz tərəfindən təbii olaraq narazılıqla qarşılanıb. Bizimyol.info saytının baş redaktoru Bahəddin Həziyev bu vəziyyəti dəyərləndirərək, ehtiyatsız mülahizələrin xoşagəlməz nəticələr verə biləcəyini söyləyib:

“Sərhəddin o üzündə - Rusiya tərəfdə (Dağıstanda) qalmış Azərbaycan vətəndaşlarının durumu çox narahatlıq doğurur. Üstəlik orda baş vermiş insidentdən sonra bu narahatlığı hər birimiz ikiqat artıq keçiririk. Bu haqda ehtiyatsız mülahizələr, yoxlanılmamış məlumatlar yaymaq olmaz (bizi Gürcüstanla və Şimali Qafqaz xalqları ilə toqquşdurmaq istəyənlər, buna çalışanlar da çoxdur - bir müddət əvvəl Moskvada çeçenlərlə yaşanan anlaşılmazlığa kimlərin sevindiyini unutmamışıq), ancaq orda qalmış, Vətənə dönə bilməyən soydaşlarımızın - qardaş-bacılarımızın durumuna biganə qalmaq heç olmaz. Hökumət, o cümlədən, Operativ Qərargah, Xarici İşlər Nazirliyi, Diasporla İş Üzrə Dövlət Komitəsi, Rusiyadakı səfirlik bu məsələni aylardır ki, həll edə bilməyib. Bu problemin həlli üçün Rusiya ilə ən yüksək səviyyələrdə iş aparmaq, həmin insanları ölkəyə butaxmaq və barələrində müvafiq tibbi və sosial tədbirlər görmək lazımdır. Düşünürəm ki, tezliklə problem həllini tapmalıdır”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »