Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya-Azərbaycan sərhədində baş verənlər etirazlara səbəb olub - Foto

Karantin rejimi ilə əlaqədar qadağa səbəbindən ölkəyə qayıda bilməyən Azərbaycan vətəndaşları Dağıstanda Azərbaycan-Rusiya sərhəddində toplaşıb.

Bizimyol.info xəbər verir ki, son günlər onlar faktiki olaraq Dərbənd rayonunun Qullar qəsəbəsi yaxınlığında küçədə qalıblar.

Sosial şəbəkələrdə yayılan məlumata görə, sərhəddə toplaşan azərbaycanlılarla polis arasında mübahisə olub. Əli bağlı insanların yerə uzadılması şəkili isə sosial şəbəkədə müzakirələrə və etiraza səbəb olub.

Məsələ ilə bağlı olaraq Xarici İşlər Nazirliyinə və Diasporla İş üzrə Dövlət Komitəsinə informasiya sorğusu göndərilib.

Millət vəkili Qənirə Paşayeva Dağıstanda baş verənlərlə bağlı visiontv.az-a münasibət bildirib.

Qənirə Paşayeva Qənirə Paşayeva

Deputat deyib ki, Dağıstan sərhədində toplanmış vətəndaşlarımızla bağlı ötən gün baş verən hadisələrdən ciddi üzüntü duyduq: "Eyni zamanda bu məsələdən bəzi xarici KİV-in və sosial şəbəkələrdə müəyyən qüvvələrin dövlətimiz əlehinə başlatdığı təbliğatı qınamaqla yanaşı narahat da olmalıyıq. Bu məsələnin qısa zamanda həllini tapması vacibdir. Vəziyyətin bu səviyyəyə çatması çox üzücüdür. Həmin vətəndaşlarımızın karantin rejimi qaydalarına uyğun olaraq, sərhəddən keçidlərinin qısa zamanda təmin olunması çox vacibdir.Sərhədyanı rayonlarımızda kifayət qədər istirahət mərkəzləri, otellər mövcuddur və o insanları orada karantində yerləşdirmək mümkündür. Nazirlər Kabineti yanında Operativ Qərargahın sərhəddəki həmvətənlərimizin ölkəmizə keçə bilməsi və karantində qalmasını qısa zamanda təmin edəcəyinə inanırıq. Onların əksəriyyəti sağlam insanlardır. Amma onların kütləvi şəkildə günlərlə bir yerdə olması, koronovirusun yayılma ehtimalını da artırır. Hesab edirəm ki, onların problemi təcili həll olunmalıdır.Bu həm də bir dövlət olaraq, imic məsələsidir. Çünki, hər gün müxtəlif telekanallar, ölkəmizə qarşı qarayaxma kompaniyaları aparan qüvvələrə arqument verməməliyik. Cənab Prezidentimizin hər bir vətəndaşımıza həssas münasibətini nəzərə alaraq bu məsələnin qısa zamanda həllini tapacağına inanırıq".

Paylaş »
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »