Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Volqoqradda qətlə yetirilən tələbənin meyiti Azərbaycana göndəriləcək

Rusiyanın Volqoqrad şəhərində qətlə yetirilən 17 yaşlı azərbaycanlı tələbənin meyiti Azərbaycana göndəriləcək.

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə Volqoqrad vilayətinin istintaq orqanlarından bildirilib.

“Qətlə yetirilən tələbənin meyiti Azərbaycana göndəriləcək. Cənazənin göndərilməsi barədə etibarnamənin verilməsi uzun prosedurdur, çünki onun Volqoqradda qohumları yoxdur”, - deyə vurğulanıb.

Qeyd edək ki, iyunun 12-si axşam saatlarında Volqoqradın Voroşilov rayonunda Tibb Universitetinin I kurs tələbəsi Timur Qavrilovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Ona 20 bıçaq zərbəsi endirilib. Faktla bağlı cinayət işi başlanıb, hüquq-mühafizə orqanları qatilin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Artıq qatilin ilkin əlamətləri məlum olub. Əməliyyata regionun Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin əməkdaşları cəlb olunub. Volqoqrad vilayətinin qubernatoru azərbaycanlı tələbənin qatilin tapılması üçün 1 milyon rubl mükafat təyin edib.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
Son xəbərlər
Bütün xəbərlər »