Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifət lideri Ermənistanda hökumət dəyişikliyinin vaxtını açıqladı

“Narazılıq artır, bütün bunlar 1-2 aya başa çatacaq”.

“Report” “Lragir”ə istinadən xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasının sədri, “Sarukyan” fraksiyasının lideri Qagiq Sarukyan parlamentdəki çıxışında bildirib.

O, çıxışında Ermənistanın baş naziri Nikol Paşinyanın başçılıq etdiyi hakim “Mənim addımım” Partiyasını ittiham edib. Q.Sarukyan vurğulayıb ki, hökumət başçısı inqilab zamanı verdiyi vədləri yerinə yetirməyib: “Paşinyan əməkdaşlıq etməyə razılıq vermədi. İnvestisiya siyasətini və koronavirusa qarşı mübarizəni uğursuzluğa düçar etdi”.

Sarukyan çıxışını bitirəndən sonra istintaq üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə gedib.

Xatırladaq ki, iyunun 16-da Ermənistan parlamenti Sarukyanın deputat toxunulmazlığı məsələsinin aradan qaldırılmasını müzakirə edir.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »