Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ASAN xidmət”in 108 “Çağrı” Mərkəzi sərtləşdirilmiş karantin rejimində vətəndaşlara xüsusi xidmətlər göstərib

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib.

Məhdudiyyətlərin tətbiq edildiyi müddətdə siyahısı “TƏBİB” publik hüquqi şəxs tərəfindən təqdim olunmuş 200-dən çox dializ xəstəsinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Taksi Xidməti" MMC-nin  108 “Çağrı” Mərkəzi vasitəsi ilə müvafiq tibb müəssisələrinə çatdırılması təmin edilib. ASAN könüllülərinin iştirakı ilə həmin şəxslər “Baku-Taxi” şirkətinin xüsusi avtomobilləri vasitəsi ilə aidiyyati tibb müəssisələrinə aparılıb və geri qaytarılıblar.

Bundan əlavə təcili yardımın, kommunal xidmətlərin (işıq, su, qaz, lift xidmətləri) qaynar xətlərinə müraciət etməkdə və digər zəruri təxirəsalınmaz hallarla bağlı çətinlik çəkən 1650-ə yaxın vətəndaş 108 “Çağrı” Mərkəzinə zəng vurmaqla zəruri xidmət sahələri ilə əlaqələndirilib.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »