Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqbal Ağazadə: "Evinə dönə bilməyən vətəndaşımıza sahib çıxın"

"Dünən gecə Rusiya-Azərbaycan sərhədində baş verən hadisələr olduqca üzücü və utancvericidir".

Bizimyol.info xəbər verir ki, bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. O, bildirib ki, evinə dönə bilməyən insanlarımız vətənə qaytarılmalıdır:

İqbal Ağazadə İqbal Ağazadə

“Aylardır xeyli sayda həmvətənimiz evinə, ailəsinə gələ bilmir. Ayrı-ayrı iş adamlarının, xeyirxah insanların köməyilə çadırda, məsciddə və ya açıq havada qalırlar. Operativ Qərargahın ən ümdə vəzifəsindən biri də ölkə xaricində qalmış insanlarımızı Vətənə qaytarmaqdır".

İ. Ağazadə səlahiyyətli qurumlara səslənərək Azərbaycan Respublikasının vətəndaşlarına sahib çıxmağı tələb edib: " Mən səlahiyyətli dövlət qurumlarına səslənirəm. Vətəndaşımıza sahib çıxın, onları sahibsiz, kimsəsiz insanlar kimi başqa dövlətin ərazisində saxlamayın. Dövlətə vətəndaşına verilən qiymətə görə hörmət edərlər. Başqa ölkənin güc strukturları yüzlərlə vətəndaşımızı dəyənəkləyirsə bu faciədir. Həm də vətəndaşın yox, dövlətin faciəsidir. Hər kəs məsuliyyətini dərk etməli, dərhal həmin insanlar ölkəmizə qaytarılmalıdır.”

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »