Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Nailə İslamzadənin səfirlə rəqsi maraqla qarşılandı - Video
naile

Tanınmış aparıcı, Əməkdar incəsənət xadimi Nailə İslamzadənin Azərbaycanın Malayziyadakı sabiq səfiri Tahir Kərimovla rəqsi yayılıb.

Sözügedən görüntüləri aparıcı öz "Instaqram" hesabında paylaşıb.

O, 2008-ci ilə aid olan kadrlar barədə təəssüratlarını belə ifadə edib: “Uzaq Kuala Lumpurda bir ay ərzində, Multimedia üzrə biliklərimi təkmilləşdirmək üçün Rabitə Nazirliyinin xətti ilə Afrika, Avropa, Fici adaları, Ərəb ölkələri və s. xalqların nümayəndələri olan kursa qatılmışdım. Bağlanış və sertifikat verilmə mərasiminə həsr olunan ziyafətə Malayziyanın Nazirlər Kabineti kursda nümayəndəsi olan ölkələrin səfirlərini də dəvət etmişdi. Hər ölkə öz incəsənət və mədəniyyətini nümayiş etdirirdi.

Azərbaycanın o zaman Malayziyadakı fövqaladə və səlahiyyətli səfiri Tahir Kərimov ziyafətdə iştirak edən bütün səfirlərdən yaxşı rəqs etdi”.

Aparıcının səfirlə milli musiqidə rəqsi böyük maraqla qarşılanıb.

Paylaş »
››› Səhiyyə nazirimiz haradadır: Nazirlikdən sürpriz cavab
››› Azərbaycanda polis genişmiqyaslı əməliyyata başladı: Saxlanılanlar var
››› Daha iki rayonda karantin rejimi sərtləşdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
››› Avropa ölkəsində karantinə görə polislə qarşıdurma yaşanır - Video
Son xəbərlər
Bütün xəbərlər »