Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ötən il Azərbaycanda viruslu hepatit xəstəliyindən 47 nəfər ölüb

2019-cu ildə Azərbaycanda viruslu hepatit diaqnozu ilə 359 nəfər qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 66 nəfəri kəskin A hepatiti, 156 nəfəri kəskin B hepatiti, 127 nəfəri isə kəskin C hepatiti olan xəstələr olub. Bildirilib ki, A hepatitli xəstələrdən 45-i kişi, 21-i qadın, B hepatitli xəstələrdən 115-i kişi, 41-i qadın, C hepatitli xəstələrdən 110-u kişi, 17-si qadındır.

Kəskin A hepatitlilərdən 24 nəfəri 18 yaşadək, 42 nəfəri 18 və yuxarı yaşda olan şəxslərdir. Kəskin B hepatitlilərdən 11 nəfəri 18 yaşadək, 145 nəfəri 18 və yuxarı yaşda olanlardır. Kəskin C hepatitlilərdən 1 nəfəri 18 yaşadək, 136 nəfəri 18 və yuxarı yaşlı şəxslərdir.

Qeyd olunub ki, ötən il A hepatitindən 1-i kişi, 3-ü qadın olmaqla 4 nəfər, B hepatitindən 8-i kişi, 3-ü qadın olmaqla 11 nəfər, C hepatitindən 21-i kişi, 11-i qadın olmaqla 32 nəfər ölüb.

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Türkiyənin "veto" hüququ 3-cü Dünya Müharibəsinin qarşısını ala bilər
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »