Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət ali təhsil müəssisələri lisenziyaya görə rüsumdan azad edilir

Azərbaycanda dövlət peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə dövlət rüsumunun tutulmaması təklif edilir.

“Report” xəbər verir ki, bununla bağlı “Dövlət rüsumu haqqında” qanun 22.0.5.3, 22.0.5.4 və 22.0.5.5-ci bəndlərinə dəyişiklik olunur.

Dəyişiklliklə, dövlət peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə dövlət rüsumu tutulmayacaq.

Qeyd edək ki, hazırda peşə təhsili müəssisələrinə lisenziyaların verilməsinə görə 2 min manat, orta ixtisas təhsili müəssisələrinə lisenziyaların verilməsinə görə 2 min manat, ali təhsil müəssisələrinə lisenziyaların verilməsinə görə 13 750 manat dövlət rüsumu tutulur. Qanunvericiliyə dəyişiklik yalnız dövlət təhsil müəssisələrinə aiddir.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
Son xəbərlər
Bütün xəbərlər »