Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maya təqvimində yeni tapıntı: Gələn həftə dünyanın sonudurmu... - Ekspertdən açıqlama

2012-ci ilin dekabrın 21-i Maya təqviminə görə, dünyanın sonu olmalıydı. Bu proqnozlara inanmayanlar belə həmin gün nəyin olacağını həyəcanla gözləməkdəydilər.

Bir çox insanlar öncədən qiyamətə hazırlandılar, ərzaq topladılar, bunkerlərdə gizləndilər. Hətta, o dönəmdə qiyamətin gəlməyəcəyi tək yer kimi adı çəkilən İzmirin Şirincə kəndi insan axınına məruz qalıd və bu fəlakət ssenarisi həmin kəndi turizm cənnətinə çevirdi.

Mayaların proqnozu əslində gələn həftəni, yəni iyunun 21-ni nəzərdə tutur. İlk proqnoz çin çıxmadığına görə, növbəti fəlakət ssenarisi diqqətdən kənarda qalıb. Əslində bu elə 2012-ci il dekabrın 21-i deməkdir. Sadəcə, Maya təqvimində həmin tarix Yulian təqvimində bu ayın 21-nə uyğun gəlir.

Qeyd edək ki, Mayaların təqviminə görə, iyunun 21-də Yer kürəsində bir dönəmin sonu gözlənilir. Böyük ümidlərlə bunun pandemiyanın sonu olmasını arzu edirik.

Bununla belə, astrologiya üzrə ekspert Fil Pleyt "Forbes"-ə açıqlamasında bu proqnozun qeyri-ciddi olduğunu, heç bir elmi əsasa söykənmədiyini bildirib. Onun sözlərinə görə, Maya təqviminin müəyyən tarixdə bitməsi dünyanın sonu demək deyil, sadəcə, bir dönəmin birməsi deməkdir. İl bitəndə köhnə təqvimi atdığımız ki, Maya təqvimi də müəyyən dövrdən sonra aktuallığını itirir.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »