Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı: Azərbaycanda devalvasiya mütləq olmalıdır

İqtisadçı Natiq Cəfərli Azərbaycan manatının qorunması məqsədi ilə ölkədə 15-20 faizlik devalvasiyanı çıxış yolu kimi görür.

Bəs devalvasiya bizə nə verəcək? Onsuz da xarici ticarətdəki mənfi saldo iqtisadiyyatımıza zərbə vurmaqdadır. Daxili bazar idxal hesabına formalaşır, ixracın stimullaşdırılması da yetərli səviyyədə deyil. Üstəlik, qlobal böhranın vurduğu zərbə.

Natiq Cəfərli bu sualın cavabını Bizimyol.info-ya aşağıdakı kimi izah edib.

Natiq Cəfərli Natiq Cəfərli

“İqtisadi dildə bunu 100 dəfə izah etmişəm, sadə bir nümunəylə daha asan dildə izah edim. İndi bədəndə infeksiya var, güclü antibiotik iynə lazımdı (15-20% devalvasiya), bu addımı indi atmalıyıq ki, gələcəkdə bütöv əzanı kəsmək lazım gəlməsin, yəni, 50-60% devalvasiya etməyək.

Milli Bankın rəhbəri Elman Rüstəmov, Maliyyə Naziri Samir Şərifov manatın məzənnəsi ilə bağlı dolayı yolla bizə - ekspertlərə cavab verərkən israrla deyirdilər ki, Azərbaycanın tədiyyə balansında ciddi müsbət saldo var, ona görə də manat ucuzlaşa bilməz. İndi birinci rübdə artıq kəsir yaranıb, bu rəqəmlər hələ aprel-may aylarını, neftin daha da dəyərdən düşdüyü, iqtisadiyyatın karantin rejiminə girdiyi dönəmi əhatə etmir, yəni, 2-ci rüb daha pis rəqəmlər görəcəyik.

Hökumət iqtisadi kateqoriya olan məzənnə məsələsini siyasi sabitlik simvoluna çevirərək həm iqtisadiyyata, həm də real sektora zərbə vurur. Daha ötəsi, öz dediklərinin girovuna çevrilib daha da böyük səhvlər edirlər, 2014 cü ildə eyni cür yanaşdılar - nəticədə 1 il 2 aya, yəni 2015-ci ilin fevralına qədər MB 10 mlrd. dolları məzənnəni saxlamaq bəhanəsi göyə sovurdu - nəticədə həm 10 mlrd. dollar itdi, həm də 2015-2016-cı ildə 3 dəfə devalvasiyaya getməyə məcbur qaldı.

Eyni yolla gedirlər, eyni səhvlərə yol verirlər. Ayağımıza corab, əynimizə tuman istehsal edə bilmədikcə məsələ həll oluna bilməyəcək”,- deyə o bildirib.

Paylaş »
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
Son xəbərlər
Bütün xəbərlər »