Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rayonlara axın edənlər geri dönür: Bakının girişində böyük tıxac

Həftəsonu sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı rayonlara üz tutan paytaxt sakinlərinin geri qayıtması Bakı-Ələt postunda tıxaca səbəb olub.

Redaktor.az xəbər verir ki, səhər saat 06:00-dan başlayaraq yaranmış tıxacın uzunluğu hazırda bir neçə kilometrə çatır.

Bəzi sürücülər tıxacdan çıxa bilmək üçün kənar yollardan istifadə edir.

Qeyd edək ki, Azərbaycanın bir neçə iri şəhər və rayonlarında, eləcə də, Bakıda həftəsonu sərt karantin rejiminin tətbiq edilməsi barədə qərar qəbul edilib. Bu səbəbdən şəhərin çıxış postlarında böyük tıxac müşahidə edilib. Bir çox sürücülər şəhəri torpaq yollarla tərk etməyə çalışıb.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »