Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: Tbilisidə saxlanılan çeçen jurnalistin qətlini planlaşdırıb

“Tbilisidə xüsusi əməliyyat zamanı saxlanılan 40 yaşlı Əhməd adlı çeçen Rusiya vətəndaşıdır və o, “Mtavari arxi” telekanalının jurnalisti Giorgi Qabunianın qətlini planlaşdırıb”.

“Report” xəbər verir ki, bu barədə telekanal Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindəki (DTX) mənbəyə istinadla məlumat yayıb.

DTX yayılan məlumatı şərh etməkdən imtina edib.

Məsələ ilə bağlı televiziya kanalının baş direktoru Nika Qvaramia bu gün saat 20:00-da xüsusi brifinq keçirəcək.

Qeyd edək ki, Tbilisidə xüsusi əməliyyat iyunun 12-də keçirilib. Qeyri-rəsmi məlumatlara əsasən, əməliyyat nəticəsində çeçen əsilli bir nəfər saxlanılıb. DTX hələ bu barədə rəsmi məlumat yaymayıb.

G.Qabunia ötən ilin iyulun 7-də o zaman çalışdığı “Rustavi 2” telekanalında aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib. Qalmaqallı proqram Gürcüstan cəmiyyətində ciddi narazılıqlar yaratmışdı.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »