Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskva ilə Ankara arasında borc qalmaqalı: Putinlə Ərdoğan məsələyə qarışa bilər

Türkiyənin özəl qaz şirkətləri Rusiyanın “Qazprom” şirkərinə 2 milyard dollara yaxın borc toplayıb.

Modern.az xəbər verir ki, 7 türk şirkəti qaz qiymətlərində endirim qarşılığında Rusiyadan böyük həcmdə təbii qaz almaq öhdəliyi götürümüşdülər.

Amma pandemiya və sənaye istehsalının azalmasına görə, şirkətlər söz verdikləri qazın yalnız 15%-ini alıblar və ödəməni etməyiblər.

Hazırda həmin 7 şirkət və “Qazprom” arasında danışıqlar aparılır. Əgər 2 milyard dollarlıq borcun ödənilməsində problem yaransa, məsələnin Rəcəb Tayyip Ərdoğan və Vladimir Putin səviyyəsində müzakirəsi istisna olunmur.

Türkiyə 2007-ci ildən Rusiyanın ən çox qaz satdığı ölkə idi. Qaz bu ölkəyə “Mavi axın” və “Türk axını” xətləri ilə çatdırılırdı. Birinci kəmərin gücü illik 16 milyard kub metr, ikinci kəmərin gücü isə 31,5 milyard kub metr qaz olub.

Amma 2019-cu ildə Türkiyə “Qazprom”dan qaz alışını 40% azaldıb. Bu boşluğu Azərbaycan qazı və fərqli ölkələrdən sıxılmış qaz doldurub. Bu ilin fevralında Rusuyadan qaz tədarükü 2 dəfə, apreldə isə 4,6 dəfə azalıb.

Paylaş »
››› Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› Ukrayna Mariupolda “döyüş missiyası”nın başa çatdığını elan edib
››› İsa Məlikov: “Avroviziya”da israrla bizdən 12 balı Britaniyaya vermək tələb olundu”
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »