Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda süni tənəffüs aparatında olan COVID-19 xəstələrinin sayı açıqlandı - Rəsmi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) iyunun 15-nə olan məlumata əsasən, Azərbaycanda reanimasiyada və süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı açıqlayıb.

"Report" xəbər verir ki, hazırda reanimasiyada olan koronavirus xəstələrinin sayı 132, süni tənəffüs aparatına qoşulan koronavirus xəstələrinin sayı isə 30 nəfərdir.

Qeyd edək ki, hazırda xüsusi rejimli xəstəxanalarda müalicə olunan 4 463 nəfər aktiv xəstə var.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 367 nəfərdə koronavirus aşkarlanıb, 156 nəfər sağalıb, 3 nəfər isə ölüb.

Bununla da indiyədək ölkəmizdə koronavirusa yoluxanların sayı 10 324 nəfərə, sağalanların sayı 5 739 nəfərə, ölənlərin sayı isə 122 nəfərə çatıb.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Fransa XİN: “Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir”
Son xəbərlər
Bütün xəbərlər »