Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Skandinaviya dövləti vətəndaşlarına 9 milyard dollar paylayacaq

Ayrı-ayrı ölkələr pandemiyaya görə vətəndaşlarına pul paylamaq qərarı verib. ABŞ, İspaniya, Yaponiya və Sinqapurda hökumət hamıya kömək əlini uzadıb.

Bizimyol.info xəbər verir ki, Danimarkada da vətəndaşlara pul paylanacaq. Skandinaviya dövlətində bunun üçün 60 milyard kron (9.04 milyard dollar) ayrılıb.

Kopenhagen, Danimarka

Bu ilin oktyabrından gec olmayaraq, hər vətəndaşa 19 min kron (təxminən 3 min dollar) verilməsi nəzərdə tutulub.

Danimarka hökuməti işi olmayanları, yalnız sosial müavinətlə yaşayanları da yaddan çıxarmayıb. Onlara əlavə 1000 kron (151 dollar) veriləcək.

Danimarka koronavirusa yoluxma statistikasında 55-ci yeri tutur. İndiyə qədər burada 12 min 217 nəfərin testi müsbət nəticə göstərib. Pasiyentlərin 598-i həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, dünyada virusa yoluxanların sayı 8 milyon nəfəri keçib. Epedemiya təxminən 437 min nəfərin həyatına son qoyub.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »