Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
7 ildir aeroportda yaşayır - Foto

Tom Henksin baş rolda oynadığı “Terminal” filmi bütün dünyada sevilir. Şərqi Avropadan gələn qəhrəmanın Nyu-York aeroportundakı macəralarını izləmək çox maraqlıdır.

Bizimyol.info xəbər verir ki, Rusiyada yaşlı qadın 7 ildir terminalda yaşayır. 69 yaşlı Lyudmila Lisitsınanın aeroportdan başqa gedəcək yeri yoxdur.

Lyudmila Lisitsına Lyudmila Lisitsına

Tulun şəhərindən olan təqaüdçü 2013-cü ildən İrkutsk hava limanında məskunlaşıb. Lisitsınanın dediyinə görə, onun Tulundakı mənzilini dələduzluqla ələ keçiriblər. O, mənzilində qohumu ilə birlikdə yaşayırmış. Günlərin birində evdən qovulub. Çox çalışsa da, mənzilini geri qaytara bilməyib. Bundan sonra aeroporta üz tutub.

Sosial xidmətlər bir neçə dəfə yaşlı qadını buradan götürmək istəyib. Amma Lisitsına razı olmayıb. Təqaüdçü özünü aeroportda pis hiss etmir. Hava limanının əməkdaşlarından da yaxşı münasibət görür. Onlar, sadəcə, qadının rahatlıq tapmasını, daha uyğun şəraitdə yaşamasını istərdilər. Çünki Lisitsına oturacaqların üstündə yatmalı olur, tualetdə yuyunur.

“Terminal” filmi ötən əsrin 80-ci illərində Paris aeroportunda məskunlaşmaq məcburiyyətində qalan iranlıya həsr olunmuşdu. O, hava limanında 18 ilini keçirmişdi.

Son xəbərlər
Bütün xəbərlər »