Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gənc fəal Füzulidə aləmi qatdı bir-birinə - Video

Füzuli rayon sakini, bloqçu Sevinc Hüseynova məmurları tənqid etdiyi üçün icra nümayəndəsi onun evinə gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə S.Hüseynovanın özü məlumat verib.

Bloqçunun sözlərinə görə, məmurların fəaliyyətini tənqid etdiyi üçün icra nümayəndəsi S.Hüseynovanın Füzuli rayonu Aranqala qəsəbəsində ailəsinin yaşadığı evə gedərək onun harada yaşaması ilə bağlı maraqlanıb: “Məmurların məni axtarması ürəyindən əməliyyat olunan nənəmin narahatlığına səbəb olub. Mən cinayət törətməmişəm, məni niyə axtarırlar?!”

S.Hüseynova məsələni araşdırmaq üçün icra nümayəndəsinin evinə gedib və icra başçısı Alı Alıyevlə görüşüb.

İcra məmuru icra başçısının və polis rəisinin göstərişi ilə S.Heseynovanın evinə getdiyini, onunla maraqlandığını bildirib.

İcra başçısı Alı Alıyev isə bloqçu S.Hüseynovaya bildirib ki, icra məmuruna onun yaşadığı yerin müəyyənləşdirilməsi ilə bağlı göstəriş verilməyib.

“İcra başçısı Aranqala qəsəbəsində su probleminin həll ediləcəyinə vəd verdi”,-deyə S.Hüseynova bildirib.

İcra məmuru bloqçunun evinə gələrək Hüseynovlar ailəsindən üzr istəyib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »