Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azəbaycanlı alim həyəcan təbili çaldı: "Vəziyyət daha da kritik həddə çatacaq"

“Koronavirusa yoluxma hallarının artımı sosial izoliyasiya qaydalarına riayət olunmamasından irəli gəlir”

Bunu "Bizimyol.info"ya açıqlamasında Azərbaycanda yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının artmasına münasibət bildirərkən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.

Nuran Abdullayev Nuran Abdullayev

N.Abdullayev qeyd edib ki, əgər sosial izoliyasiya qaydasına əməl olunmazsa, vəziyyət daha da kritik həddə çatacaq, səhiyyə sistemimiz yüklənəcək və bu da ölkəmizdə virusdan kütləvi ölüm hallarına gətirib çıxaracaq: “Burada bir məsələni qeyd edim ki, sosial izoliyasiya qaydalarına yetərincə riayət olunmamasının ən başlıca səbəblərindən biri də insanlar arasında virusun mövcudluğuna inamsızlıqdır.

Həkim cəmiyyətdə koronavirusun mövcudluğuna inamı artırmaq üçün təklif edib: "Əgər insanlar arasında inamsızlıq baş alıb gedərsə, qaydalara lazımınca riayət olunmayacaq və virus da yayılma sürətini artıracaq. Bu da ölkədə hər kəsin həyatını təhlükəyə atacaq, bununla da Azərbaycanımız faciəyə sürüklənəcək. Ona görə də hesab edirəm ki, insanların inandığı ayrı-ayrı nüfuzlu şəxslər ortaya çıxmalı və virusun heç yerə getmədiyi, hələ də aramızda olduğu barədə əhalini məlumatlandırmalıdırlar. Hazırda pandemiya ilə mübarizənin növbəti mərhələsində olsaq da, mövcud vəziyyətlə əlaqədar olaraq təəssüf ki, birinci mərhələyə qayıtmalı, maarifləndirmə işlərinin yenidən həyata keçirilməsinə başlamalıyıq və bununla da insanları inandırma prosesi davam etdirilməlidir".

Maarifləndirici təbliğat prosesinin yerli mətbuat, televiziya və radio, eləcə də sosial şəbəkələrin vasitəsilə reallaşacağının zəruriliyini vurğulan alim söyləyib ki, bu işlər əhalinin müxtəlif təbəqələrinin inandığı elm adamı, mədəniyyət və incəsənət xadimi, yazıçı, şair, müəllim və digər peşə və sənət adamları tərəfindən aparılmalıdır: "Əgər söhbət inandırmaqdan gedirsə, həqiqət o şəxslərin dilindən ifadə olunmalıdır. Təəssüf olsun ki, hazırkı situasiya onu göstərir ki, ölkəmizdə həkimə inananların sayı çox azdır. Halbuki xəstəliklə ön cəbhədə mübarizə aparan, gecə-gündüz dayanmadan döyüşənlər də elə həkimlərimizdir. Amma nə etmək olar ki, əgər xalq başqa sənət və peşə sahiblərinə inanırsa onları önə çıxarıb danışdırmaq lazımdır. Əks halda, ölkəmizdəki vəziyyət qısa müddətdə İtaliyadakı vəziyyətdən də pis olacaq".

Ramid İbrahimov

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Fransa XİN: “Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir”
Son xəbərlər
Bütün xəbərlər »