Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya hökuməti 218 milyard avro borclanacaq

Bu il Almaniya hökuməti koronavirus pandemiyasının mənfi təsirlərindən istehlakçıları və müəssisələri qorumaq üçün təşviq paketlərini maliyyələşdirmək üçün 218 milyard avro borclanacaq.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Almaniya hökuməti yeni təşviq proqramını maliyyələşdirmək üçün parlamentdən borclanmanın səviyyəsini 62 milyard avro (70 milyard ABŞ dolları) artırılması üçün icazə istəyəcək. Bununla da ümumi borclanma səviyyəsi 218 milyard avroya yüksələcək.

Qeyd edək ki, bu ayın əvvəlində koalisiya hökuməti qısa müddətli istehlak xərclərini maliyyələşdirmək və müəssisələrin yenidən investisiya yatırmasını təşkil etmək üçün 130 milyard avro dəyərində təşviq paketi üzərində razılaşma əldə etmişdi.

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Paşinyan: “44 gün ərzində Putinlə daim əlaqə saxlayırdım”
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
Son xəbərlər
Bütün xəbərlər »