Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cavuşoğlu: "Rusiyalı nazirlərlə toplantının başqa vaxta keçirilməsi qərarını birgə verdik"

“Dünən Sergey Lavrovla iki dəfə telefon söhbətimiz oldu. Nazirlərlə toplantının başqa vaxta keçirilməsi qərarını birgə verdik”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu İstanbulda səfərdə olan İranın Xarici İşlər naziri Cavad Zəriflə görüşündən sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu keçirilən mətbuat konfransında deyib.

Rusiyalı nazirlər Segey Lavrov və Sergey Şoyqunun İstanbula səfərinin təxirə salınmasını Çavuşoğlu Liviya mövzusunda Türkiyə ilə Rusiya arasında fikir ayrılığının olması ilə əlaqələndirməyib: “Liviya məsələsində əsas prinsiplərlə bağlı fikir ayrılığımız yoxdur. Liviyada atəşkəsə nail olmaq üçün hər iki dövlət başçısı danışıqlar əsasında razılığa gəlib. Onların təlimatı ilə nazir müavinləri, texniki işlər və hərbi mütəxəssislər səviyyəsində əməkdaşlıqlarımız, toplantılarımız olub. Atəşkəsin daimi olması və atəşkəs sonrası atılacaq addımlarla əlaqədar müzakirələr apardıq, bu toplantıların mütəxəssislər və texniki heyətlərlə birgə davam etməsinin daha faydalı olacağına qərar verdik. Daimi atəşkəs məsələsi konkretləşdikdən sonra nazirlər səviyyəsində görüşlərimiz olacaq”.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
Son xəbərlər
Bütün xəbərlər »